11 sentyabr 2015 16:20
Kəpəz – AZAL matçının AFFA nümayəndəsi dəyişdirildi
Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Kəpəz” - AZAL matçının AFFA nümayəndəsi dəyişdirilib. Azerisport.az xəbər verir ki, sabah keçiriləcək bu oyunu təyinat almış AFFA nümayəndəsi Şaiq Həmidov əvəzlənib.
Belə ki, "Kəpəz" - AZAL oyununda Həmidovun əvəzinə Maşallah Əhmədov AFFA nümayəndəsi təyin olunub. Amma bu dəyişikliyin səbəbi açıqlanmır.
