11 sentyabr 2015 14:00
Erat dubl etdi, Fortuna qalib gəldi
Almaniyanın "Fortuna" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası "Beqatal-Auşval"la qarşılaşıb.
Düsseldorf təmsilçisi bu görüşdə 12:0 hesabıyla qalib gəlib. Erat meydana ikinci hissədə çıxıb. O, matçın 81-ci (9:0) və 83-cü (11:0) dəqiqələrində fərqlənməklə dubla imza atıb.
