11 sentyabr 2015 12:30

Milan Vilotiç: Tottenhem, Monako və Anderlexti sürpriz gözləyir

İsveçrənin "Yanq Boyz" klubunun serb müdafiəçisi Milan Vilotiç Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, ağdamlıların pley-off mərhələsində mübarizədən kənarlaşdırdığı (səfərdə 1:0, evdə 3:0) İsveçrə təmsilçisinin üzvü bunları söyləyib:

"Qarabağ" haqda əvvəlcə geniş məlumatlı deyildim. İlk oyunumuzdan sonra bu komandanın necə güclü heyəti olduğuna şahidlik etdim. Bakıdakı görüşdə uğur qazana bilərdik. Amma çox çətin oldu. Erkən qırmızı vərəqə və penalti bütün planlarımızı pozdu. "Qarabağ"ın qrup mərhələsinə düşməyə haqqı olduğunu düşünürəm. "Qarabağ"ın qrupdakı rəqiblərini də gördüm. "Tottenhem", "Monako" və "Anderlext" üçün asan olmayacaq. Bəli, yenə təkrar edirəm, "Qarabağ"la oynamaq rəqiblərə heç də asan olmayacaq. Həqiqətən də "Qarabağ" gözləniləndən də güclüdür. Bu üç komandaya əsl başağrısı yaradacaq. Bizə qarşı oynadıqları kimi oynasalar, hər üçünü məğlub edərlər. "Qarabağ" oyun nizam-intizamını itirmir. Bu da peşəkarlıq tələb edir. "Qarabağ"ın qrupdan çıxacağına inanıram. Bilirəm ki, "Tottenhem", "Monako" və "Anderlext"i sürpriz gözləyir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.