11 sentyabr 2015 12:15
Roman Qriqorçuk: İnterin Avroliqada necə oynadığını yaxşı xatırlayırıq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter Arena" süni ot örtüyünə malik olsa da, keyfiyyəti kifayət qədər yaxşıdır. Bizim üçün heç bir problem görmürəm. Ciddi komanda ilə oynayacağıq. Onların Avropa Liqasında necə oynadığını yaxşı xatırlayırıq. Bu oyuna son dərəcədə ciddi yanaşırıq. Çünki bizə asan olmayacağını bilirik. Müsbət nəticəyə nail olmağa çalışacağıq".
