11 sentyabr 2015 00:50
Vüqar Əsgərov bu dəfə bir qol vurdu, komandası uduzdu
Latviya 1-ci liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası - "1625 Liepaya" klubu da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Saldus" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar bu görüşün 52-ci dəqiqəsində qol vursa da, komandası meydanı xalsız tərk etməli olub.
Qeyd edək ki, bu, Əsgərovun yayda keçdiyi "1625 Liepaya" klubunda qısa müddət ərzində 10-cu qoludur. Onun komandası isə 43 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.
