10 sentyabr 2015 19:00
Samir Əliyev: Jayro ilə bağlı tələsik qərar vermək isətmirik
"Neftçi"nin baş məşqçisi Samir Əliyev baxışa çağırdıqları braziliyalı müdafiəçi Jayro ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hələ Jayro ilə bağlı yekun qərarımızı verməmişik. Nəticə çıxarmaq üçün çox tezdir. Hazırda onu baxışdan keçiririk. Etiraf edim ki, tələsik qərar vermək istəmirik. Hər şey oyunçunun özündən asılıdır. Komanda ilə cəmi iki məşqə çıxıb. Təəssüf ki, düşərgəyə çox gec qoşulub. O, bir qədər də tez gəlsəydi, yoxlama oyunlarında sınaqdan keçirərdik. Ona görə də indi konkret heç nə deyə bilmərəm".
