10 sentyabr 2015 18:40

Bakcell Arenada yenə üzüldü

Tanınmış xorvat futbolçu Daniel Pranyiç Azərbaycana son 2 həftədə 2 dəfə səfər edib. Azerisport.az xəbər verir ki, 34 yaşlı müdafiəçi Bakıda həm klub, həm də yığma səviyyəsində oyunların iştirakçısı olub.

Maraqlıdır ki, Pranyiç hər iki halda “Bakcell Arena”da meydana çıxıb, 90 dəqiqə oynayıb və bu matçlarda eyni nəticə - qolsuz bərabərlik qeydə alınıb. Daniel əvvəlcə Yunanıstanın “Panatinakos” klubunun heyətində Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”yə qarşı oynayıb. Bu komandalar arasında ilk görüş avqustun 20-də “Bakcell Arena”da olub və hesab açılmayıb. Bu futbolçu daha sonra Xorvatiya yığmasının heyətində paytaxtımıza gəlib. AÇ-2016-nın seçmə matçı çərçivəsində millimizlə oyunda da ona qələbə sevinci yaşamaq nəsib olmayıb.

Xorvatiya ilə oyuna “Qəbələ” futbolçuları da çağırıldığından, Daniel onlarla son 2 həftədə 3 dəfə görüşüb. Xorvatla eyni mövqedə oynayan oyunçulardan biri isə Arif Daşdəmirov olub. Rəşad Sadiqov da həm “Panatinaikos”la, həm də Xorvatiya yığması ilə matçlarda Pranyiçə qarşı oynayıb. Sadəcə, yalnız Daşdəmirov hər 3 oyunu əvəzolunmadan keçirib. Daniellə yaşıl meydanda yığma səviyyəsində görüşən Məhəmməd Mirzəbəyov isə Avropa Liqasında hələ ki, debüt etməyib. Xorvatiya ilə matçda meydana çıxmayan 20 yaşlı yarımmüdafiəçi Elvin Camalov isə avroliqada yeganə matçını Afinada keçirib.

Qeyd edək ki, Pranyiç 2002-ci ildən Xorvatiya yığmasında çıxış edir. Onun klub karyerasında ən uğurlu dövr 2009-2012-ci illərdə heyətində Almaniya çempionluğunu qazandığı, 2 dəfə Çempionlar Liqasının finalında oynadığı “Bavariya” olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.