10 sentyabr 2015 18:00

Emil Balayev: Ayntraxtda da mənim daha çox oyun təcrübəsi qazanmağımı istəyirlər

Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayevin azerisport.az saytına müsahibəsi

- Bu yaxınlarda Almaniya mətbuatı "Ayntraxt"ın sizi satmaq və ya icarəyə vermək fikrinə düşdüyünü yazmışdı...
- Şəxsən mənim özümlə bu barədə söhbət edən olmamışdı. Bu xəbərlər çıxandan sonra özüm yaxınlaşıb soruşdum. Onlar bildirdilər ki, mənim potensialımı açmaq istəyirlər. Məşqlərdəki çalışmalarımdan razıdırlar. Amma hələ Bundesliqada oyun təcrübəsi qazana bilməmişəm. Bu üzdən də oyun təcrübəmin olmasını istəyirlər.

- Başqa klublardan sizinlə maraqlananlar var?
- Xeyr, heç kim. Ola bilsin ki, kluba müraciət edənlər olub. Amma bütün bunlardan mənim xəbərim olmayıb.

- Türkiyə klublarının sizinlə maraqlandığı bildirilirdi. Belə bir şey olub?
- Bəli, mənə də Türkiyə variantı barədə danışılıb. Amma mən özüm bu varianta baxmaq istəmədim.

- Məşqçilər korpusu sizə oyun təcrübəsi qazandırmaq üçün ən azı autsayderlərlə görüşlərdə şans verməyi düşünmür?
- Bu barədə danışığımız olmayıb.

- Siz özünüz də yeni klub axtarmırsınız?
- Xeyr. Bununla heç maraqlanmamışam da.

- Yoxlama oyunlarında sizi sınaqdan keçirirlər?
- Ötən həftə "Sandhauzen"lə görüşdük. Bu komanda hazırda ikinci Bundesliqada ilk üçlükdə qərarlaşıb. Birinci hissədə meydanda oldum. Şənbə günü isə Bundesliqada oyunumuz var.

- Yığmamızın Xorvatiya və Malta ilə seçmə mərhələ oyunlarına dəvət almamağınızı necə qarşıladınız?
- Bu, məşqçilərin qərarıdır. Onların qərarına hörmətlə yanaşıram. Əlbəttə, yenidən milli komandaya dəvət almaq şərəfli olardı.

- Xorvatlar (0:0) və maltalılarla (2:2) heç-heçələr barədə nə deyə bilərsiniz?
- Özünüz də görürsünüz ki, yığmamız son oyunlarda yaxşı futbol sərgiləyir, uduzmur. Komanda hər oyunda gözəl futbol sərgiləməyə çalışır. Eyni zamanda nəticələr də pis deyil. Bu, Avropa futboluna yaxınlaşmaq baxımından önəmli addımdır.

- Bəs U-21 yığmamızın Avstriya (0:2) və Almaniyaya (0:3) məğlubiyyətlərini necə qarşıladınız?
- Həmin oyunlara baxmamışam. Amma nəticələr... Mənə elə gəlir ki, futbolçularımızda uğur qazanmaq istəyi çoxdur. Məşqçilərimizin də həmçinin. Onlar səylə çalışırlar. Bütün kollektiv çalışır. Amma özünüz də bilirsiniz ki, Almaniya və Avstriya futbolu hazırda hansı səviyyədədir. Heyətlərində necə usta oyunçuların yer aldığı da hamıya bəllidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.