10 sentyabr 2015 17:00

Qəbələ yeni rekorda doğru

Milli komandamızın AÇ-2016-nın seçmə mərhələsində rəsmi oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan 3 həftəlik fasilə başa çatır. Azerisport.az xəbər verir ki, "Qəbələ” bu fasiləyə şərikli lider kimi yollanmışdı.

Sadəcə, "Qarabağ“ "Qəbələ”ni top fərqində deyil, çox qol vurduğuna görə turnir cədvəlində qabaqlayıb. “Qəbələ”nin hər 3 turda meydanı qolsuz tərk etməməsi də diqqət çəkir. 3 turda 7 xal qazanaraq lider mövqeyə yüksəlməsi “Qəbələ”nin tarixində ən uğurlu startdır.

Hətta “qırmızı-qaralar” üçün ən yaxşı mövsümlər olan ötən 2 çempionatda da başlanğıc bu qədər uğurlu olmayıb. Komandamız yalnız bu mövsüm ilk 3 turda məğlub olmayıb. 10 mövsümdə ilk 3 turdan sonra nəticələr aşağıdakı kimi olub:

2006/07 – 1 xal
2007/08 – 6 xal
2008/09 – 6 xal
2009/10 – 4 xal
2010/11 – 0 xal
2011/12 – 5 xal
2012/13 – 4 xal
2013/14 – 6 xal
2014/15 – 6 xal
2015/16 – 7 xal

Zets - qol vuran ilk bosniyalı

Çempionatın başlanğıcında vurulmuş 5 qoldan 4-ü yenilərin payına düşür. Hücumçular - Sergey Zenyov, Aleksey Antonov və Ermin Zets artıq milli çempionatımızda qol hesabını açıblar. Samir Zərgərov “Qəbələ”yə 6 ildən sonra qayıdışını çempionatda ilk oyununda qolla qeyd edib. Bununla da 29 yaşlı futbolçu komandasının heyətində 11-ci dəfə fərqlənib. Aleksey Qay isə “Qəbələ”də 5-ci qolunu vurub. Təcrübəli futbolçu həm də ilk dəfə penaltidən rəqib qapısına yol tapıb.

Zets “Qəbələ”də qol hesabını Qəbələdə keçirdiyi ilk oyununda açıb. Yeri gəlmişkən, o, 5-ci matçında (3-ü Avropa Liqası, 2-si çempionat) fərqlənib. Ermin həmyerlisi Miliya Slobodan Jijiçdən (2008/09 mövsümü) sonra “Qəbələ”də çıxış edən 2-ci bosniyalı futbolçudur. “Qırmızı-qaralar”ın heyətində 15 matç keçirən Jijiç fərqlənə bilmədiyindən, Zets “Qəbələ” tarixinə qol vuran ilk bosniyalı futbolçu kimi düşüb.

1 oyunla 2 seriyaya davam

"Qəbələ" “Kəpəz”lə matçda 2 seriyasını davam etdirib. Əvvəla, “Qəbələ” Gəncə təmsilçisiylə ev oyunlarında uduzmur və ardıcıl 3-cü qələbəsini qazanıb. Həm də komanda tarixi rekordunu - çempionatda 16 oyunluq məğlubiyyətsiz seriyanı təkrarlayıb. Daha öncəki rekord 2011-ci ildə qeydə alınmışdı. Uğurlu seriya bu il fevralın 19-da evdə “Xəzər Lənkəran” üzərində qazanılan qələbə ilə başlanıb. “Qəbələ” sentyabrın 13-də “İnter”lə səfər matçında da uduzmazsa, 10 illik tarixində yeni rekorda imza atacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.