10 sentyabr 2015 16:45

Kaxabersiz İnterə qarşı ilk dəfə

Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Xorvatiya və Malta ilə keçirdiyi oyunlara görə Topaz Premyer Liqasında yaranan 19 günlük fasilə başa çatır. Azerisport.az xəbər verir ki, həm Avroliqada, həm də ölkə çempionatında uğurla yarışan “Qəbələ” növbəti oyununa sentyabrın 12-də çıxacaq. Sözügedən komanda Bakıda “İnter”in qonağı olacaq.

“İnter” son 6 ildə ilk dəfə “Qəbələ” qarşısına Kaxaber Sxadadzesiz çıxacaq. Ötən mövsüm başa çatdıqdan sonra bakılılarla vidalaşan gürcü məşqçini həmyerlisi Zaur Svanadze əvəzləyib. Sxadadze ilə yanaşı, komandadan 23 futbolçu ayrılıb. Şübhəsiz ki, heyətdəki köklü dəyişikliklər “İnter”in zəifləməsinə səbəb olub. Üstəlik, müəyyən maddi çətinliklər yaşayan klub cari mövsüm heç də favoritlər sırasında deyil. Bunu paytaxt klubunun ilk 3 turdakı çıxışından sonra da görmək mümkündür. “İnter” “Xəzər Lənkəran”a uduzduğu halda, “Neftçi”yə qalib gəlib, debütant “Zirə” ilə “sülh” bağlayıb. Yəni, Svanadzenin yetirmələri Avroliqada iki mərhələ keçmələrinə baxmayaraq, Premyer Liqada qeyri-sabit çıxış edirlər.

Qarşıdakı görüş eyni zamanda bəzi futbolçular üçün də əhəmiyyətli olacaq. Axı yay transfer mövsümündə “Qəbələ” “İnter”in 5 futbolçusunu – Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Voyislav Stankoviç və Derlis Meza Kollini heyətinə qatıb. Bundan başqa hər iki komandanın heyətində müxtəlif vaxtlarda əks düşərgələrdə çıxış etmiş oyunçular var.

“İnter”lə matç “Qəbələ” üçün turnir cədvəlində liderliyə yüksəlmək baxımından yaxşı imkan sayılır. Bakıdakı görüşdən 4 gün sonra “qırmızı-qaralar”ın Avroliqanın qrup mərhələsinin ilk turunda Yunanıstan PAOK-unu qəbul edəcəyini nəzərə alsaq, komandada əhval-ruhiyyənin qalxması üçün Premyer Liqada qələbə yerinə düşərdi. (Qəbələ İK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.