10 sentyabr 2015 16:30
Vüqar Nadirov: Neftçiyə keçəcəyim haqda xəbərlər şayiədir
"Xəzər Lənkəran"ın hücumçusu Vüqar Nadirov "Neftçi"yə keçəcəyinə dair xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bundan söhbət belə gedə bilməz. Başa düşə bilmirəm ki, niyə bu haqda yazırlar. Özü də birinci dəfə deyil. Amma şayiədən başqa bir şey deyil. Mən "Xəzər Lənkəran"dayam və bu komandanın uğur qazanmasına kömək etmək istəyirəm".
