10 sentyabr 2015 12:30
Azərbaycan futbol ailəsinin 85000-ci üzvü
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Azerisport.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 85 min nəfərə çatıb.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 85000-ci üzvü AFFA-nın U-12 Liqasının iştirakçısı, “Neftçi” PFK-nın üzvü, 9 sentyabr 2004-cü il təvəllüdlü Elcan Rəşid oğlu Əbilovdur.
