10 sentyabr 2015 12:15
Millimiz Gürcüstan klubuna darmadağınla uduzdu
Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son yoxama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Saburtalo” klubu ilə keçirilmiş oyun Gürcüstan təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, yığmamız toplanış çərçivəsində daha əvvəl keçirdiyi oyunlarda Tbilisinin “Lokomotiv” klubuna 0:2 hesabı ilə məğlub olmuş, “Sxinvali” klubunun əvəzedici heyətinə isə qalib gəlmişdi - 6:1.
