10 sentyabr 2015 12:00

Ürfan Abbasov: Qəbələ qrupdan da çıxa bilər

"Qəbələ"nin müdafiəçisi Ürfan Abbasovun azerisport.az saytına müsahibəsi

- Komandanızın yeni transferləri - Derlis Meza Kolli ilə Fakundo Pereyranın faydalı olacağına inanırsınız?
- Əsas odur ki, hər ikisi yaxşı futbolçudur. Məsələn, Derlisi öz çempionatımızdan yaxşı tanıyıram. O, "İnter"in heyətində yaxşı çıxış edirdi. Fakundo isə Yunanıstan PAOK-unda çıxış edir, yaxşı oynayıb. Fikrimcə, onlar bizim oyun sxemimizə uyğun futbolçulardır. Hər halda bu, baş məşqçimizə daha yaxşı bəllidir.

- Cavid Hüseynovun yoxluğu bundan sonrakı oyunlarda da hiss olunacaq?
- Cavidin yeri həmişə görünəcək. Allah eləsin ki, o, tezliklə komandaya qayıtsın.

- "Qəbələ"nin Avroliqadakı tarixi uğuru ilə bağlı nə deyə bilərsiniz?
- Bu uğuru sözlə ifadə etmək çətindir.

- "Panatinaikos"la ev oyunundakı qolsuz heç-heçədən sonra Afinada uğur qazanacağınızı gözləyirdiniz?
- Hamı rəqibin necə güclü komanda olduğunu bilirdi. Amma Yunanıstan klubu keçilməz rəqib deyildi. Erkən qol sözünü dedi. Ondan sonra yunanlar irəli atıldılar. Belədə bizim üçün boşluqlar yaranmağa başladı. Həm də biz rəqibdən fərqli yüzfaizli qol vəziyyətləri yaradırdıq.

- Sizcə, PAOK, "Krasnodar" və Dortmund "Borussiya"sı ilə mübarizədə şanslarınız necədir?
- "Borussiya" kimi Avropa nəhənginə qarşı mübarizə aparmaq tamamilə fərqli hisslərdir. Bu komanda barədə nəsə demək artıq olardı. Necə yaxşı və güclü kollektivə malik olduqlarını hamı bilir. Amma istənilən halda futbolda hər şey mümkündür. Sadəcə, yaxşı hazırlaşmaq lazımdır.

- Bəziləri "Qəbələ"nin "Qarabağ"la müqayisədə daha çox bəxtinin gətirdiyini düşünür...
- Mən belə deməzdim. Bu mərhələdə ümumiyyətlə, zəif rəqib olmur. Hamısı güclüdür.

- "Borussiya" qrupun favoritidirsə, digər rəqiblərinizlə bağlı nə deyə bilərsiniz? "Qəbələ" ikinci yeri tuta bilər?
- Niyə də yox? Hələ bu yaxınlara kimi bizim "Panatinaikos"u keçəcəyimizə də heç kim innamırdı. Hər şey yaxşı olsa, qrupdan da çıxa bilərik.

- Azərbaycan yığmasının Xorvatiya (0:0) və Malta (2:2) ilə oyunlarına dəvət alan 30 futbolçu arasında sizin də adınız var idi. Amma sonradan Robert Prosineçki sizi həmin siyahıdan çıxardı. Səbəb nə idi?
- Bu, baş məşqçinin qərarı idi. Buna da hörmətlə yanaşıram. Əsas odur ki, komandamız uğur qazandı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.