10 sentyabr 2015 00:30

Natiq Rəsulzadə: Belə mövqe nümayiş etdirmək ən azı ayıbdır

“PEN-Klub Azərbaycan”ın vitse-prezidenti Natiq Rəsulzadə idman saytlarından birində qurumun fəaliyyəti ilə bağlı yayılan məlumata münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

“İdman saytlarından birində yer almış yazıda müəllif Çingiz Abdullayevin rəhbəri olduğu “PEN-KLUB Azərbaycan”ı az qala saxta təşkilat kimi qələmə verib. Mən bu yazı ilə tanış olduqdan sonra özümə sual verdim ki, necə olur ki, mən bu illər ərzində mövcud olmayan təşkilatın vitse-prezidenti olmuşam. “PEN-Klub Azərbaycan” təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və 25 ildir fəaliyyət göstərir. Təşkilatın prezidenti Çingiz Abdullayev, vitse prezidenti isə mənəm. Mərhum Vaqif Səmədoğlu da bu qurumun vitse-prezidenti idi. Məhz “PEN-Klub Azərbaycan”nın Rabitə Nazirliyi ilə həyata keçirdiyi unikal proqram sayəsində azərbaycanlı yazıçılar öz əsərlərini bizim saytımızda Azərbaycan və rus dillərində nəşr etməklə pul qazana bilirlər.

3 il öncə “PEN-Klub Azərbaycan” 2 azərbaycanlı yazıçının – Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda həbsdən azad olunmasına nail oldu. İranın rəhbər şəxslərindən biri Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşündə də bu faktı xüsusi qeyd etmişdi. Saxta təşkilat buna nail ola bilərdimi?

Beynəlxalq PEN-Klub-un mövqeyinə gəlincə: “PEN-Klub Azərbaycan” bu təşkilatın filialı deyil və bu qurumun maraqlarını təmsil etmir. Bizim bu qurumla münasibətlərimiz müəyyən mənada gərgindir, çünki bu qurumun bəzi məsələlərdə mövqeyi Azərbaycanın maraqlarına ziddir. Biz Azərbaycana və onun yazıçıları, ziyalılarının maraqlarına xidmət edirik.

Mən jurnalistə informasiyanı təqdim etməyin elementar qaydalarını xatırlatmaq istəyirəm. Bu “araşdırma”nın müəllifi bizim mövqeyimizi öyrənməyə lüzum görməyib. Bu qeyri-peşəkarlıqdır. İstərdik ki, əcnəbi mövqeni böyük məmnuniyyətlə öyrənən jurnalist, şayiələrə münasibətdə daha məsuliyyətli davransın.

Bununla yanaşı mən belə bir təşkilatın və orada fəaliyyət göstərən insanların nüfuzunu “qaralamaq” istəyən azərbaycanlı jurnalisti heç vaxt başa düşə bilmərəm və belə mövqe nümayiş etdirmək ən azı ayıbdır. O, “PEN-Klub Azərbaycan”a qeyri-obyektiv münasibət göstərən İngiltərə PEN-Klubunun bu mövqeyini tənqid etsəydi bu vətənpərvər jurnalistin uğuru olardı".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.