9 sentyabr 2015 20:00
Qarabağ makedoniyalı müdafiəçi ilə müqavilə imzaladı
"Qarabağ" daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Ağdam klubu xeyli müddət idi gözlənilən makedoniyalı Vladimir Dimitrovskinin transferini rəsmiləşdirib.
26 yaşlı futbolçu ilə iki illk müqavilə imzalanıb. Onun adı artıq ağdamlıların Topaz Premyer Liqası üçün iştirak ərizəsinə də daxil edilib.
