9 sentyabr 2015 19:30
Hüseynpur yenə Sumqayıta qayıdır
"Sumqayıt"ın sabiq futbolçusu Mirzağa Hüseynpur yenidən bu komandada çıxış etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, o, artıq bu klubla danışıqlara başlayıb.
Futbolçu saytımıza açıqlamasında da bunu təsdiqləyib: "Hələ "Sumqayıt"la müqavilə imzalamamışam. Amma yaxın günlərdə məsələyə aydınlıq gələcək".
