9 sentyabr 2015 19:00
Xorvatiya Azərbaycan və Norveçlə oyunlara görə baş məşqçisiz qaldı
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla bir qrupda yer alan Xorvatiya yığması baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, bir neçə gün öncə Bakıda millimizlə oyunda xal itirən (0:0), ardından Norveçə məğlub olan (0:2) xorvatların çalışdırıcısı Niko Kovaç istefaya göndərilib.
Bunu Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker açıqlayıb. Amma yeni baş məşqçinin kim olacağı hələ bilinmir. Ehtimal olunur ki, yeni çalışdırıcının kim olacağı sentyabrın 21-də açıqlanacaq.
