9 sentyabr 2015 18:00

Bədavi Hüseynov: Malta ilə oyunda qələbə bizə qismət deyilmiş

Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Birinci hissədə yaxşı çıxış etsəniz də, fasilədən sonra əksinə oldu. Nə baş verdi ki?
- Çox ağır oyun oldu. Həm biz, həm də Malta yığması meydana üç xal üçün çıxmışdı. Hər iki komanda üç gün öncə matça çıxdığından yorğunluq da var idi. Hava da çox isti idi. Bu da oyunun tempinə az təsir göstərmirdi. Hər şeyə rəğmən, oyunda üstünlük bizim tərəfimizdə idi. Təəssüf ki, səhvlərə yol verdik və bu səhvlər qələbə qazanmağımıza mane oldu. Rəqib buraxdığımız səhvləri bağışlamadı.

- Hesab 1:2 olarkən məğlub olacağınıza dair qorxu yaranmamışdı?
- Bizim qol vurmaq üçün çox şansımız oldu. Amma oyunda elə dönüş yarandı ki, rəqibdən çəkinməyə başladıq. Sonradan meydana çıxan futbolçular bizə çox kömək etdilər.

- Üçüncü qolu da vurmağımız mümkün idi. Buna nə mane oldu?
- Bəli, belə bir şansımız da oldu. Amma rəqib qolkiper inanılmaz seyv nümayiş etdirdi. Görünür, qələbə qazanmaq qismət deyilmiş.

- Maltanın vurduğu ikinci qolda birbaşa sizin səhviniz vardı...
- Bəli, mənim səhvimdən sonra qol buraxdıq. Mən topu düzgün qəbul edə bilmədim. Hava mübarizəsindən sonra top rəqibin önünə düşdü və o, qapımıza dəqiq zərbə endirdi.

- Yığmamız bu oyundakı xal itkisi nəticəsində qrup üçüncüsü olmaq şansını itirdi...
- Biz seçmə mərhələyə çox pis başladıq. Bu da turnir cədvəlində daha yaxşı yer tutmağımıza mane olur. Dörd ardıcıl məğlubiyyət bütün planlarımızı korladı. Artıq qrupdan çıxmaq şanslarımız heçə enib. Amma yeni baş məşqçinin gəlişindən sonra komandada tam fərqli atmosferin hökm sürməsi sevindirməyə bilməz. Motivasiya da tam fərqlidir. Bu tempdə də davam etməyimiz lazımdır. Qalan oyunlarda da uğur qazanmaq istəyirik.

- Amma qarşıda sizi qrupun lideri İtaliya ilə ev və Bolqarıstanla səfər oyunları gözləyir...
- Son oyunlarımız daha çətin olacaq. Amma diqqətli və dəqiq oynasaq, istənilən rəqibdən xal ala bilərik. Seçmə mərhələni uğurlu şəkildə başa vurmaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.