9 sentyabr 2015 16:30
Aleksandr Çertoqanov: Milli Xorvatiya və Malta ilə oyunlarda tamamilə fərqli oyun sərgilədi
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya (0:0) və Maltaya (2:2) qarşı keçirilmiş oyunları şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, tam fərqli iki oyun idi. Amma fikrimcə, nəticə heç də pis deyil. Sadəcə, Malta ilə oyunda bəxtimiz gətirmədi. Səhvlərə yol verdik, Malta da bundan istifadə etdi. Oyuna görə də rəqibdən üstün idik. Hücum futbolu sərgilədik, iki qol vurduq. Qələbə qazana bilərdik. Xorvatiya ilə oyunda isə müdafiədən oynadıq və rəqibə qol vurmağa imkan vermədik. Xorvatların hansı səviyyədə olduğunu isə hamı bilir".
