9 sentyabr 2015 16:00

Elmar Baxşiyev: Millimiz Malta ilə oyunda məzmunlu oyun sərgilədi

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev millimizin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

"Azərbaycan yığması çox məzmunlu futbol sərgilədi. Topa nəzarət millimizdə idi, kombinasiyalı hücumlar təşkil edirdik. Sadəcə, müdafiəçilərin bəzi epizodlarda konsentrasiyanı itirməsi qapımıza qollar vurulması ilə nəticələndi. Yığmamızda inkişaf hiss olunur. Baş məşqçi futbolçuların özünə inanmasına nail olmuşdu. Bədavi Hüseynovun səhvlərinə gəlincə, bundan heç bir futbolçu sığortalanmayıb. Bədavi həm yığmamızın, həm də "Qarabağ"ın oyunlarında həmişə inamlı çıxışı ilə seçilib. Hamı səhv edə bilər. O, hələ Azərbaycan futboluna çox kömək edəcək. Bu tsikli qurban vermək lazım deyil. Yığmada eksperiment aparmaq olmaz. Növbəti tsiklə hazırlaşmaqla bağlı açıqlamalarla azarkeşləri aldatmağa da ehtiyac yoxdur. Bu gün yığmamız gənclərdən qurulub. Əlbəttə, Rəşad Sadıqov, Rahid Əmirquliyev kimi təcrübəli futbolçular da var. Onlar komandada ən yaxşılardandır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.