9 sentyabr 2015 14:40

Roman Qriqorçuk: Mən elə vəhşiliyi heç yerdə görməmişdim

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Odessada təlim-məşq toplanışı keçirmək fikri haradan ağlınıza gəldi?
- Azərbaycan çempionatında uzun fasilə yarandı. Amma mən bu vaxtı boşa vermək istəmədim. Üstəlik, elə bir stadionda yoxlama oyunu keçirmək istəyirdik ki, xeyli azarkeş də gəlsin. Bu məqsədlə təkcə "Çernomorets"ə yox, həm də "Dnepr"ə, Kiyev "Dinamo"suna müraciət etmişdik. Amma həmin klublar başqa planlarının olduğunu bildirdi. Odessaya üz tutacağımız halda isə arenaya çoxlu azarkeş gələcəyinə, əla atmosfer olacağına əmin idim. Elə də oldu.

- "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinə belə qısa müddətdə düşəcəyinizi gözləyirdiniz?
- Bu yay demək olar ki, tam yeni komanda formalaşdırdıq. Əvvəlki heyətdən cəmi bir neçə futbolçu qalmışdı. Bizə problem yaradan məqamlardan biri də yeni transferlərin bəzisinin ideal formadan uzaq olması idi. Ona görə də işimiz kifayət qədər çox idi. Bütün bunlara baxmayaraq, hər mərhələdə uğur qazanmağı bacardıq. Etiraf edim ki, son iki ayda əldə etdiklərimizi sözlə ifadə etmək çox çətindir. Bunların hamısı sadəcə, fantastika idi.

- "Qəbələ" ötən mövsüm Azərbaycan çempionatında üçüncü olmuşdu. Yeni mövsüm üçün hədəflər böyüyüb?
- Bizim özümüzə də əldə etdiyimiz uğurlarla kifayətlənmək maraqlı deyil. Əlbəttə, klubumuzun rəhbərliyi də daha artıq inkişaf etməyə köklənməyib. Buna görə mən onlara minnətdaram. Bu insanlar futbol üçün çox böyük işlər görürlər. Onlar "Qəbələ"ni yeni səviyyəyə qaldırmağı hədəfləyiblər. Çempionatda bürünc medal qazanmağımızla fəxr edə bilmərik. "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq arzumuz var. Amma bu, heç də asan olmayacaq. Bu komandanın baş məşqçisinə böyük hörmətlə yanaşıram. Çünki onların necə çalışdığını görürəm. Bu komandanın da böyük təcrübəsi var, onlar da inkişaf etməyi düşünürlər.

- Sergey Zenyovu transfer etmək ideyası necə yarandı. Siz ondan razısınızmı?
- Əlbəttə! Düzünü deyim ki, bütün transferlərimizdən razıyam. Heyətə kimi dəvət edəcəyimizlə bağlı çox düşünürük. Mən onun "Karpatı"dakı çıxışını yaxşı xatırlayırdım.

- Avroliqada hər mərhələ keçdikcə rəqiblərinizin gücü artırdı. Bununla razısınız?
- "Panatinaikos" bizim əvvəl qarşılaşdığımız bütün rəqiblərdən aşkar güclü idi. Tiflis "Dinamo"su, "Çukariçki" və "Apollon" nə qədər fərqli oyun üslublarına malik olsalar da, bərabər səviyyədə idilər.

- Kipr "Apollon"u ilə səfər oyunu zamanı stadionda baş verənlər karyeranız ərzində ən xoşagəlməz hallardan biri kimi qiymətləndirilə bilər?
- Orada baş verənlər tamamilə vəhşilik idi. Futbol meydanlarında belə hadisələr olmamalıdır. Həmin hadisələrin içində olan bir şəxs kimi dəqiq deyə bilərəm ki, həmin stadion bağlanmalı idi. Stadiona toplaşanlar əllərinə keçəni meydana, futbolçulara atırdılar. Mən hələ oradakı kimi vəhşilik görməmişdim.

- Avroliqanın qrup mərhələsində sizi "Borussiya" (Dortmund, Almaniya), "Krasnodar" (Rusiya) və PAOK-la (Yunanıstan) oyunlar gözləyir...
- Bizim üçün hər bir oyun test xarakteri daşıyacaq. Amma təbii ki, nəticə qazanmaq üçün mübarizə aparacağıq. Şansımız nə qədər az olsa belə, sonadək döyüşəcəyik.

- Cavid Hüseynovla bağlı məlum hadisələrlə bağlı nə deyə bilərsiniz?
- Bağışlayın, amma biz klubda belə qərara gəlmişik ki, bu məsələ ilə bağlı yekun qərar açıqlanana qədər heç nə danışmayaq.

- Yerli azarkeşlərdən sizə hansısa qeyri-adi hədiyyə verən olmayıb?
- Jurnalistlərdən hədiyyə almışam. Onlar burada populyar olan "aerodrom" baş geyimi hədiyyə etmişdilər. Hansı ki, mətbuat konfranslarının birində onu geyinmişdim. Özünüz başa düşərsiniz - jurnalistlərdən hədiyyə ikiqat qiymətlidir.

- Oğlunuz hazırda "Qəbələ"nin futbol akademiyasında təhsil alır. Tamerlan hansı mövqedə oynayır?
- Azad rəssamdır. Bu, onun həm meydanda, həm də həyatda daha rahat olduğu mövqedir. İstəyir oynayır, istəmir yox. Uşaqları oynamağa məcbur etmək olmaz. O, istədiyini etməlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.