9 sentyabr 2015 11:45
Sergey Zenyov 45 dəqiqə oynadı, komandası uduzdu
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Estoniya yığmasında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, o, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Sloveniya ilə görüşün iştirakçısı olub.
Mariborda baş tutan qarşılaşma sloveniyalıların 1:0 hesablı qələbəsi ilə bitib. Start heyətdə meydana çıxan Zenyov fasilədə əvəzlənib.
Qeyd edək ki, Estoniya yığması hazırda 10 xalla E qrupunda 4-cü yerdə qərarlaşıb.
