9 sentyabr 2015 00:30
Derlis Meza Kolli: Qəbələ karyeramın uğurlu alınması üçün əlimdən gələni edəcəyəm
"Qəbələ"nin yarımmüdafiəçisi Derlis Meza Kolli bəyan edib ki, yeni klubu ilə uğur qazanmaq istəyir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox şadam ki, bu klubda oynayacağam. Məşqçilər korpusu və klub rəhbərliyi məni komandaya cəlb etmək istəyirdi. Əlimdən gələni edəcəyəm ki, "Qəbələ"yə uğurlu olum. Qarşıda həm Premyer Liqa, həm də Avropa Liqası çərçivəsində çox vacib oyunlarımız var. Hər iki turnirdə uğurlu çıxış etmək istəyirik. İnanıram ki, "Qəbələ" karyeram uğurlu alınsın".
