9 sentyabr 2015 00:00
Avstriya Rusiya, Finlandiya Farer adaları üzərində qələbə qazandı
AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə birgə 7-ci qrupda yer alan komandalar da növbəti matçlarına çıxıblar. Azerisport.az xəbər verir ki, millimizin doğma meydanda Almaniyaya 0:3 hesabıyla uduzduğu gündə Avstriya Rusiyanı, Finlandiya Farer adalarını qəbul edəcək.
Hər iki görüş meydan sahiblərinin qələbəsiylə bitib. Avstriyalılar rusları 4:3 hesabıyla məğlub ediblərsə, finlandiyalılar farerlər üzərində darmadağına seviniblər - 3:0.
Bu nəticələrdən sonra millimizin yer aldığı qrupdakı son vəziyyət belədir:
| Komandalar | O | Q | H | M | T/F | X |
| Finlandiya | 2 | 2 | 0 | 0 | 5-0 | 6 |
| Avstriya | 2 | 2 | 0 | 0 | 6-3 | 6 |
| Almaniya | 1 | 1 | 0 | 0 | 3-0 | 3 |
| Azərbaycan | 3 | 1 | 0 | 2 | 1-5 | 3 |
| Rusiya | 2 | 0 | 0 | 2 | 3-6 | 0 |
| Farer adaları | 2 | 0 | 0 | 2 | 0-4 | 0 |
