8 sentyabr 2015 19:00

Nika Kvekveskiri: İnterin konkret hədəfi olmasa da, avrokuboklara vəsiqə qazanmaq istəyirik

"İnter"in yarımmüdafiəçisi Nika Kvekveskirinin azerisport.az saytına müsahibəsi

- Yeni mövsümün ilk üç turundakı çıxışınızla bağlı nə deyə bilərsiniz?
- Fikrimcə, "İnter" xüsusilə son iki turda çox yaxşı oynadı. İlk turda "Xəzər Lənkəran"a məğlub olmağımızın obyektiv səbəbləri var idi. Ona görə də yaxşı oynaya bilmədik. Amma "Neftçi" üzərində qələbə qazandığımız oyunda çox yaxşı çıxış etdik. "Zirə" ilə oyunda da ələ düşən şanslardan yararlana bilsəydik, qalib gələ bilərdik. Qarşıdakı oyunlarda daha da artıracağımıza əminəm.

- Ən çox hansı oyunda çətinliklə üzləşdiniz?
- Əlbəttə, "Xəzər Lənkəran"la oyunda. Çünki həmin görüşə yorğun çıxmışdıq. Həm də "Xəzər Lənkəran" çox yaxşı mübarizə apardı.

- Azərbaycan Premyer Liqasında oynamaq çətindr?
- Burada bütün oyunlar çətin keçir. Azərbaycan klublarının hamısı sonadək mübarizə aparırlar. Hələlik, hər şey xoşuma gəlir. İnanıram ki, gələcəkdə daha da yaxşı olacaq.

- Üç turdan sonra 4 xalla beşinci yerdə gedirsiniz. Bu, sizi qane edir?
- Heç kim qarşımıza konkret vəzifə qoymayıb. Amma şübhəsiz ki, biz daha artığına nail olmaq istəyirik. Bunun üçün əlimizdən gələni edirik. Yenidən avrokuboklara vəsiqə qazanmağa çalışacağıq. Çox çətin olacaq. Lakin mübarizəmizi sonadək davam etdirəcəyik.

- Konkret hədəfi olmayan klubda oynamaq darıxdırıcı deyil?
- Mənim üçün hər oyunda hədəf var: komandama kömək etmək, məşqçilərin, komanda yoldaşlarımın etimadını doğrultmaq. Həm də hər oyunda qələbə qazanmağımızı istəyirəm.

- "İnter" çempionluq uğrunda mübarizə apara bilər?
- Bu sual mənim özümə də çox maraqlıdır (gülür). Oynayacağıq. Nəyin necə başa çatacağını isə zaman göstərəcək. Yeri gəlmişkən, "Qarabağ"la "Qəbələ"ni Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaları münasibətilə təbrik edirəm. Bu, Azərbaycan futbolu üçün çox mühüm uğurdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.