8 sentyabr 2015 17:20
Dodo: İnter üzərində qələbə PAOK-la görüş öncəsi bizə əlavə inam qazandıracaq
"Qəbələ"nin kapitanı Dodo Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində qarşılaşacaqları "İnter"lə oyundan, eləcə də Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-una qarşı ilk matçdan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Premyer Liqamızda uzun fasilə yaranıb. Ona görə biz də fasilədən yararlanıb, çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Hazırda qarşıdakı "İnter"lə çempionat oyununa hazırlaşırıq. Hədəfimiz çempionatda liderliyi ələ keçirməkdir. İlk növbədə çempionat oyununu, sonra isə PAOK-la görüşü düşünməliyik. "İnter" üzərində qələbə bizə Avroliqa öncəsi əlavə inam qazandıracaq".
