8 sentyabr 2015 16:00
Almaniya yığmasının baş məşqçisi: Azərbaycan bizim üçün xoşagəlməz rəqib ola bilər
Almaniyanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Horst Hrubeş AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri səfər matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizə asan olmayacaq. Azərbaycan bizim üçün xoşagəlməz rəqib ola bilər. Rəqibi ciddi qəbul etməliyik. Bakıdakı oyunda hədəfimiz yalnız qələbədir".
