8 sentyabr 2015 12:20

Bilal Sezər: Almaniyaya qarşı daha yaxşı oynayacağımıza inanıram

Azərbaycanın U-21 yığmasının və Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun yarımmüdafiəçisi Bilal Sezərin azerisport.az saytına müsahibəsi

- Gənclərdən ibarət yığmamızın AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Avstriyaya ev oyununda uduzmasına nə səbəb oldu?
- Məncə, məğlubiyyətə səbəb pis oynamağımız oldu. Qol vura bilmədik. Ələ düşən qol vəziyyətlərindən yararlana bilməyəndə Avstriya kimi texnikalı komandaya məğlubiyyət qaçılmaz olacaq. Onlar iki əks-hücum təşkil etdilər, hər ikisində də qol vurdular. Biz isə qol vurmağı bacarmadıq. Avstriya yığması zəif rəqib deyil.

- Oyunçular hətta adi ötürmələr zamanı da səhvlərə yol verirdilər. Sanki yığmamız bu oyuna heç hazır deyildi...
- Matçın əvvəlində pis oynamırdıq. Ötürmələr də dəqiq idi. Sadəcə, konsentrasiya yaxşı səviyyədə deyildi. Avstriya kimi rəqiblə görüşdə belə səhvə yol vermək olmazdı. Amma yaxşı köklənə bilmədiyimizə görə də uduzduq.

- Avstriyalılar da almanca danışırlar. Siz bu dili bilirsiniz. Onlar oyunun gedişində bizim futbolçulara nəsə deyirdilər...
- Xeyr, heç nə danışmırdılar. Oyundan sonra onların baş məşqçisi ilə danışdım. O, bizim pis onamadığımızı söylədi.

- Avstriya ilə bacarmadıq, qarşıda isə daha güclü Almaniya ilə ev oyunu var...
- Almaniya yığmasında daha güclü və təcrübəli futbolçular ççıxış edir. Onların arasında Bundesliqada çıxış edənlər də var. Daha diqqətli olmalıyıq, oyuna daha yaxşı köklənməliyik. Allag eləsin ki, yaxşı nəticə qazanaq.

- Sizə elə gəlmir ki, Avstiyaya 2 cavabsız qolla uduzan komanda Almaniyaya daha böyük hesabla məğlub ola bilər?
- Xeyr, özümüzə inanırıq. Avstriyaya qarşı pis oynadıq. Amma Almaniyaya qarşı yaxşı oynayacağımıza inanıram.

- "Borussiya"da işləriniz necə gedir? Nə vaxt əsas komandaya düşəcəksiniz?
- Klubla iki illik müqaviləm var. Əsas komanda ilə məşqlərə çıxıram. Amma orada daha təcrübəli futbolçular var. Ona görə də hələ əsas komandada oynamaq şansım azdır.

- Bəs əsas millimizin baş məşqçisi Robert Prosineçki ilə danışığınız olmayıb:
- Xeyr, onunla görüşməmişəm. Amma öz oyunumla Prosineçkinin diqqətini çəkmək istəyirəm.

- Azərbaycan yığmasını seçdiyinizə görə təəssüflənmirsiniz?
- Xeyr. Heç nəyə görə təəssüflənmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.