8 sentyabr 2015 12:00
İnterin müdafiəçisi İrlandiya ilə matçda 81 dəqiqə oynadı
"İnter"in müdafiəçisi Zurab Xizanişvili Gürcüstan yığmasının heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı səfər matçının iştirakçısı olub.
Qarşılaşma qonşu ölkə yığmasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxmış "İnter"in futbolçusu 81-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Xizanişvilinin komandası 6 xalla qrupda 5-ci pillədə qərarlaşıb.
