8 sentyabr 2015 20:55

Azərbaycan Almaniyaya da məğlub oldu

21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün AÇ-2017-nın seçmə mərhələsi çərçivəsində üçüncü matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimiz “Dalğa Arena”da Almaniya yığmasını qəbul edib.

Qeyd edək ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamız cari seçmə mərhələyə uğurlu başlamışdı. İlk oyununda Farer adaları üzərində səfər qələbəsinə sevinən millimiz dörd gün öncə doğma meydanda bu uğurun davamını gətirə bilməmişdi. Belə ki, "Dalğa Arena"da Avstriyaya iki cavabsız qolla uduzmuş millimiz indi eyni stadionda Almaniyaya müqavimət göstərməyi hədəfləmişdi. Hansı ki, bu komanda qrupda ilk matçını məhz Bakıda keçirirdi. Lakin təəssüf ki, millimiz bu dəfə daha biabırçı çıxış edib və meydanı böyük hesablı məğlubiyyətlə tərk edib.

AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup

8 sentyabr

Azərbaycan - Almaniya - 0:3 (0:1)
Qollar: D.Selke, 33 (0:1). C.Kimmix, 88-pen. (0:2). D.Selke, 90+3 (0:3).
Matçın 40-cı dəqiqəsində D.Selke, 69-cu dəqiqəsində isə M.Mayer penaltidən yararlana bilməyib (hər iki halda dirək).
Sarı vərəqə: A.Nağıyev, 39. E.Bədəlov, 60. M.Arnold, 80. Ş.Məhəmmədəliyev, 88.
Qırmızı vərəqə: A.Nağıyev, 45+1.
Bakı. "Dalğa Arena".
Baş hakim: Aleksandre Bukat (Belçika).

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Adil Nağıyev, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k), 5. Elvin Bədəlov, 7. İltər Taşkın, 8. Elşən Abdullayev (23. Fəhmin Muradbəyli, 85), 9. Coşqun Diniyev (6. Vüqar Mustafayev, 63), 10. Orxan Əliyev (3. Azad Kərimov, 46), 16. Elvin Camalov, 21. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 14. İlyas Səfərzadə, 13. Bilal Sezər, 11. Kərəm Benke.
Baş məşqçi: Yaşar Vahabzadə.
Almaniya: 12. Timon Vellenroyter, 2. Niklas Süle, 3. Conatan Ta, 5. Jeremi Tolyan, 10. Leon Qoretska, 11. Yulian Brandt (8. Maks Mayer, 64), 15. Coşua Kimmix, 20. Yannik Gerhardt, 21. Maksimilian Arnold (6. Yulian Vayql, 84), 9. Timo Verner (7. Levin Öztunalı, 46), 19. Deyvi Selke.
Ehtiyat oyunçular: 1. Marvin Şvebe, 14. Lukas Klostermann, 4. Niklas Ştark, 22. Serj Qnabri.
Baş məşqçi: Horst Hrubeş.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.