8 sentyabr 2015 00:10
Samir Musayev: Millimiz Malta ilə oyunda az qüvvə ilə hücum edirdi
Azərbaycan yığmasının sabiq hücumçusu Samir Musayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş millimizin Malta ilə səfər oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təəssüf ki, biz bu oyunda iki xal itirdik. Birinci hissədə yaxşı oynadıq. Amma fasilədən sonra sakitləşdik. Sonradan meydana çıxan futbolçular da oyunu bizim xeyrimizə dəyişə bilmədilər. Bu məqama diqqət yetirmək lazımdır. Az güclə hücum edirdik. Ona görə də qol vurmaq mümkün olmurdu. Halbuki, bu oyunda mütləq qələbə qazanmalıydıq. Yığmamıza növbəti oyunlarda uğurlar arzulayıram".
