7 sentyabr 2015 18:20

Məhəmməd Mirzəbəyov: Malta ilə oyunda sadəcə, bəxtimiz gətirmədi

Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə səfər oyunundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Oyun asan keçmədi. Hava çox isti idi. Bu da hər iki komandaya çətinlik yaradırdı. Buna baxmayaraq, biz yaxşı oyun keçirə bildik. Sadəcə, müəyyən səhvlərə yol verdik ki, bu da qələbə qazanmağımıza mane oldu. Lakin hamımız səhv edə bilərik. Qələbə bizim olmalı idi.

- Sizcə, qələbə qazanmağımıza müdafiədəki səhvlər mane oldu, ya hücum xəttinin ələ düşən şanslardan maksimum yararlana bilməməsi?
- Bizim qol vurmaq üçün şanslarımız çox idi. Amma rəqib komanda da müdafiədə çox yaxşı oynadı. Onlar böyük qüvvə ilə müdafiə olunurdular. Mənə elə gəlir ki, bizim həm də bir az bəxtimiz gətirmədi.

- Sizə elə gəlmir ki, hücumçularımız belə üstün olduğumuz oyunda qələbəni təmin etməyə borclu idilər?
- Əlbəttə, hamımız istəyərdik ki, daha çox qol vuraq. Amma mən qələbə qazana bilməməyimizin günahını ayrı-ayrı futbolçuların üzərinə atmaq istəməzdim. Çünki bütövlükdə, komandamız qələbə qazana bilmədi, ayrı-ayrı futbolçular yox.

- Norveç və Xorvatiya kimi rəqiblərlə oyunlarda qapısını toxunulmaz saxlayan komanda Maltadan iki qol buraxdı...
- Futbolda nəyin necə olacağını öncədən heç kim deyə bilməz. Bu, bir daha göstərdi ki, güclü rəqiblərlə oyunlarda qol buraxmaya bilərsən, amma hansısa zəif rəqib qarşısında aciz qalarsan.

- Sizcə, yığmamız iki xal itirdi, ya səfərdə heç-heçə də uğurlu nəticədir?
- Əlbəttə, biz qələbəyə köklənmişdik. Amma bu nəticə də pis deyil. Bizim sadəcə, bəxtimiz gətirmədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.