7 sentyabr 2015 15:40
Corco Kyellini: Azərbaycana qalib gələcəyik və məsələ demək olar ki, həll olunacaq
İtaliya yığmasının müdafiəçisi Corco Kyellini AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycana qalib gələcəyik və məsələ demək olar ki, həll olunacaq. Biz AÇ-nin final mərhələsinə vəsiqəni daha tez həll etmək istəyirdik. Amma əsas odur ki, ardıcıl iki qələbə qazandıq və qapımızı toxunulmaz saxlamağı bacardıq. Ona görə də qarşıdakı oyunlara daha inamlı yanaşacağıq".
