7 sentyabr 2015 14:40

Şahin Diniyev: Gələcək oyunlarda bu özünü göstərəcək

"Yoxlama görüşü Yevlaxdakı hazırlıq dönəmi üçün sıradan bir oyun idi. Məşq əvəzinə plana oyun daxil etdik. Matç günü də uşaqlar səhər saatlarında fiziki çalışmalar üzərində işləmişdilər”.

Azerisport.az xəbər verir ki, bu fikirləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev səsləndirib. Təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında "Şəmkir”lə keçirilən oyun haqda daha sonra bunları əlavə edib:

"Toplanışın yekunu olaraq yoxlama görüşü təşkil etdik. Əvəzedici heyətdən əsas komandaya çağırdığım futbolçuları yoxlamağı çox istəyirdim. Onları əsas heyətdə meydana buraxıb fasiləyə kimi oynatmaq arzusundaydım. Amma ilk 15 dəqiqədən sonra hiss etdim ki, gənclər hələ elitaya hazır deyillər. Bir az da əsəblərimə hakim ola bilməyib uşaqları əvəzlədim. Düzdü, əsas heyətdən onsuz da 6 oyunçu yox idi. Seçmə komandalara çağırılanlar və zədəlilərimiz var. Buna baxmayaraq, komandanın oyunun taleyini öz xeyrinə həll etdiyi üçün şad oldum. Qələbəyə görə yox, uşaqlar xarakter göstərdiyi üçün sevinirəm. "Şəmkir” də yaxşı komandadır, rəqibi bu cür oyuna görə təbrik edirəm”.

Şahin Diniyev Yevlax toplanışının çempionatda komandaya kömək edəcəyini düşünür: "Təlim-məşq toplanışı bizə hava və su kimi lazım idi. Çünki yeni komandayıq, çalışdıq ki, millinin oyunları ilə bağlı yaranan fasilədən istifadə edək. Hazırlıq prosesi üçün Yevlaxı seçməkdə də səhv etmədik. Orada bizə hər cür şərait yaradılmışdı. Toplanış çempionatın startında itirilmiş xalları qaytarmaq üçün faydalı olacaq. Yüksək səviyyədə keçdyimiz məşqlər fiziki cəhətdən axsayan futbolçularımıza da kömək edəcək. "Kəpəz”ə gec qoşulan legionerlər və iyulda zədəli olan Bəxtiyar Soltanov komanda ilə birgə fiziki hazırlıq keçməmişdi. Bu təlim-məşq toplanışı onlar üçün böyük irəliləyiş olacaq. Gələcək oyunlarda bu özünü göstərəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.