7 sentyabr 2015 11:45

Rəşad Sadıqov: Yadda ancaq nəticə qalır

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirilmiş oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun alındı. Matçın əvvəlində hər şey bizim üçün yaxşı keçirdi. Amma ikinci hissədə isə səhvlərə yol verdik. Bütövlükdə, oyuna nəzarət bizim əlimizdə idi. Hesabı bərabərləşdirəndən sonra da irəli atıldıq, qol vurmağa çalışdıq. Amma buna nail ola bilmədik.

- Sizcə, Bədavi Hüseynov niyə bu gün yaxşı çıxış etmədi?
- Müdafiəçinin mövqeyi elədir ki, sən 5-10 matçı yüksək səviyyədə keçirə bilərsən, amma bir oyunda buraxdığın səhv bütün uğurlarının üstündən xətt çəkər. Xorvatiya ilə oyunda Bədavi ən yaxşılardan biri idi. Amma Malta ilə görüşdə kobud səhvə yol verdik. Vaxtilə mən də kobud səhvlərə yol vermişəm. Bundan heç kim sığortalanmayıb. Nəticə çıxarmaq lazımdır.

- Sizə elə gəlmir ki, komandamızın belə nəzarət etdiyi oyunda hücumçularımız daha çox qol vurmağa borclu idilər?
- Bakıya qələbə ilə qayıda bilərdik. Hesab 1:1 olarkən qol vurmaq üçün yaxşı şansımız var idi. Qələbəyə çox yaxın idik. Biz hətta hesabı bərabərləşdirədndə də qola çox sevinmədik. Yenidən fərqlənmək barədə düşünürdük. Sadəcə, alınmadı.

- Siz özünüz milli komandanın təcrübəli futbolçularındansınız. Millimizin rəqibləri üzərində belə üstün futbol sərgilədiyi oyun xatırlayırsınız?
- Xeyr, xatırlamıram ki, hansısa görüşdə belə üstünlüyümüz olsun, amma qalib gəlməyək. Bu oyunda bizim üçün müsbət məqamlar çox idi. Yeganə üzücü məqam qələbə qazana bilməməyimizdir. Yadda ancaq nəticə qalır. Amma bütün göstəricilərdə rəqibdən üstün idik. Bütün bunları nəzərə alsaq, heç-heçə bizim üçün uğursuz nəticədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.