7 sentyabr 2015 00:50
Rəşad Sadıqov: Üçüncü qolu vurmaq üçün çox çalışdıq
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Hesab 1:0 olarkən hər şey bizim üçün yaxşı gedirdi. Amma ikinci hissədə yol verdiyimiz iki səhv işimizi çətinləşdirdi. 90 dəqiqə ərzində oyuna məhz biz nəzarət etdik. Hesabı bərabərləşdirəndən sonra üçüncü qolu vurmaq üçün də çox çalıdşıq. Amma alınmadı. Təəssüf ki, belə oyunda qələbə qazana bilmədik".
