7 sentyabr 2015 00:40

Roman Qriqorçuk: İstəyimiz baş tutdu

Ukraynada keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan “Çernomorets” – “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini açıqlayıb. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir.

“Biz uzun yol qət edib gəlmişdik ki, təlim-məşq toplanışı keçirib, hazırlığımızı daha yüksək səviyyəyə çatdıraq. Bunun üçün azarkeşlər önündə yoxlama oyunu keçirmək istəyirdik. Sadəcə yoxlama matçı deyil, beynəlxalq görüşlər səviyyəsində olan bir qarşılaşmada qüvvəmizi sınamaq fikrində idik. Sevinirik ki, istəyimiz baş tutdu. Odessada da “Çernomorets”lə görüşümüzə maraq oldu, yerli azarkeşlər rəsmi matça yaxın olan oyuna diqqət ayırdı. Azarkeşlərin oyun ərzində bir neçə dəfə adımı səsləndirib, məni dəstəkləməsi məndə xoş təəssürat yaratdı. Onların belə addımı “Çernomorets”də çalışdığım vaxtları xatırlatdı. Azarkeşlərə minnətdaram ki, həmin vaxtları unutmayıblar. Odessada çalışanda yaxşı komanda yaratmışdıq. Bunu onlar üçün etmişdik. Mən diqqətimi əsasən öz komandamın oyununa yönəltmişdim. Fikrimi komandadakı çatışmazlıqlara yönəltdiyimdən “Çernomorets”in oyununa çox nəzər yetirmədim”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.