7 sentyabr 2015 00:20

Qəbələ Çernomoretsə qalib gəldi

Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” ötən gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, 6 günlük hazırlıqların son günündə “qırmızı-qaralar” yerli “Çernomorets” klubu ilə qarşılaşıb.

Azərbaycan klubu bu matça aşağıdakı start heyəti ilə çıxıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Rafael Santos, Vitali Vernidub, Rikardinyo, Georgi Floresku, Aleksey Qay, Dodo, Vaqif Cavadov, Fakundo Pereyra, Aleksey Antonov.

Oyunun gedişində Samir Zərgərov Cavadovu, David Pyetrkeviç Bezotosnını, Voyislav Stankoviç Floreskunu, Asif Məmmədov Pereyranı, Derlis Meza Kolli Antonovu, Sahil Mirzəyev Rikardinyonu, Qismət Alıyev Qayı, Murad Musayev Santosu, Roman Hüseynov Dodonu əvəzləyib.

“Çernomorets” klubunun eyniadlı stadionunda keçirilən qarşılaşmanı 5500 tamaşaçı izləyib. 100 azərbaycanlı azarkeşin də seyr etdiyi görüş “Qəbələ”nin üstünlüyü ilə keçib. Hər hissədə 1 qol vuran komandamız 2:0 hesabı ilə qalib gəlib. Hesabı oyunun 13-cü dəqiqəsində Antonov açıb. Qoldan sonra meydan sahibləri bərabərlik qolu üçün irəli atılsa da, “qırmızı-qaralar” üstünlüyünü əldən verməyib. Fasilədən sonra isə komandamız rəqib qapısına daha bir qol vuraraq fərqi artırıb. Oyunun 69-cu dəqiqəsində hücuma qoşulan Vitali Vernidub Odessa təmsilçisinin qapısını dəqiq nişan alıb. Komandamızın ikinci qolundan sonra azarkeşlər qarşılıqlı hücumlara şahid olub. Lakin tərəflər hesabı dəyişməyə müyəssər olmayıb.

Beləliklə, sentyabrın 1-dən Odessada təlim-məşq toplanışında olan “Qəbələ” bu qarşılaşma ilə hazırlıqlarını başa vurub. Komanda bu gün Azərbaycana qayıdacaq.
 
“Çernomorets” (Odessa, Ukrayna) – “Qəbələ” – 0:2
(Aleksey Antonov, 13, Vitali Vernidub, 69)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.