7 sentyabr 2015 00:00
Vaqif Sadıqov: Təəssüf ki, belə oyunla iki xal itirdik
AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Malta - Azərbaycan matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Təəssüf ki, biz bu gün iki xal itirdik. Belə oyunda iki kobud səhvə yol verdik. Amma digər tərəfdən rəqibi müdafiədən oynamağa məcbur etməyimiz xüsusi qeyd olunmalıdır. Düzdür, səhvlər var idi, amma komandamız ustalığını da nümayiş etdirdi. Biz göstərdik ki, rəqibdən qorxmuruq. Çoxdan idi ki, yığmamızın rəqiblərindən bu qədər yaxşı oynadığını görmürdük. Komandada rəqabət var. Oyunumuzda da inkişaf hələ olacaq".
