Robert Prosineçki: Malta bizim səhvlərimizi bağışlamadı
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, millimizin xorvatiyalı çalışdırıcısı 2:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Bu gün çox isti var idi. Komandamı yaxşı oyuna görə təbrik edirəm. Azərbaycan yığması rəhbərliyim altındakı ən yaxşı oyununu sərgilədi. Futbolçular yaxşı futbol sərgilədilər. Bütün oyunu hücumda keçirdik. Rəqib qapımıza iki zərbə endirdi, ikisi də qol oldu. Biz isə çox zərbə vurduq. Əlbəttə, futbolda səhvlər qaçılmazdır".
"AFFA prezidenti ilə razıyam. Biz doğrudan da bu gün iki xal itirdik. Amma yaxşı oynadıq. Hətta ulduz futbolçular da səhv edirlər. Düzdür, bəzən hansısa komandalar səhvləri bağışlayırlar. Amma Malta bizim səhvlərimizi bağışlamadı".
"Ruslan Qurbanovun pis oynadığına dair fikirlərlə razı deyiləm. Mən ondan razıyam. Bu gün də çox böyük iş gördü. Qol vurmaq üçün əla şans da qazanmışdı. Amma qolkiper inanılmaz seyv etdi. Futbolçularımızın hamısı bu isti havada əllərindən gələni etdilər".
