6 sentyabr 2015 23:30
Pyetro Qedin: İlk qoldan sonra toparlanmağı bacardıq
Malta yığmasının baş məşqçisi Pyetro Qedin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Çətin oyun oldu. Azərbaycan yığması hazırda yaxşı formamadır. İtaliya ilə oyundan sonra futbolçularımızda yorğunluq var idi. Amma ilk qoldan sonra toparlanmağı bacardıq. Bu gün hər iki komanda səhvlərə yol verdi. Onların da hamısı qolla nəticələndi".
