6 sentyabr 2015 23:10
Rövnəq Abdullayev: Oyundan narazı qaldım
Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirdiyi səfər oyununu AFFA prezidenti Rövnəq Abdullayev də izləyib. Azerisport.az xəbər verir ki, o, oyundan sonra fikirlərini bölüşüb:
"Yığmamız bu gün iki xal itirdi. Oyundan narazı qaldım. Qələbə qazanmaq lazım idi. Ciddi şansı əldən verdik".
