5 sentyabr 2015 18:23
Qarabağın müdafiəçisi Danimarkaya qarşı oynadı
Albaniya yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Danimarka ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, albanların heyətində "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də meydana çıxıb.
O, qolsuz bitən qarşılaşmada 90 dəqiqə meydanda olub. Ağdamlıların futbolçusu 32-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Hazırda Aqollinin komandası 11 xalla 3-cü pillədə qərarlaşıb və lider Portuqaliyadan cəmi bir xal geri qalır.
