5 sentyabr 2015 16:13
Pyetro Qedin: Azərbaycana qarşı daha yaxşı oynamağa çalışmalıyıq
Malta yığmasının baş məşqçisi Pyetro Qedin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Sabah komandamızı heç də asan sınaq gözləmir. Azərbaycan yığması son dövrlər çox artırıb. Bu da təbii ki, bizim işimizi çətinləşdirir. Norveç və Xorvatiya ilə ardıcıl heç-heçələr də bunun göstəricisidir. Bu dəfə daha yaxşı oynamağa çalışacağıq. İtaliya ilə oyunda pis təsir bağışlamadıq. Bunun davamını gətirməliyik".
