5 sentyabr 2015 16:10
Yığmamızın forması 1300 manata satıldı
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı səfər oyununu izləmək üçün sözügedən ölkəyə yollanan Azərbaycan yığmasının azarkeşləri arasında milli komandamızın forması auksiona çıxarılıb. Azerisport.az xəbər verir ki, formanın üzərində millimizin üzvlərinin imzası da olub.
Sonda həmin forma 1300 manata satılıb.
