5 sentyabr 2015 13:03

Rəşad Sadıqov: Maltaya qalib gələ bilərik

Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi

- Xorvatiya ilə seçmə mərhələ çərçivəsindəki qolsuz heç-heçə ilə bağlı nə deyə bilərsiniz?
- Oyun doğrudan da çox çətin oldu. Osiyekdəki ilk oyunda 0:6 hesablı məğlubiyyətdən sonra bir qədər hirsli idik və revanş almaq istəyirdik. Bu komanda ilə ev oyununda heç-heçə də uğurlu nəticə sayıla bilər.

- Siz meydana ikinci hissədə çıxdınız. Robert Prosineçki sizə hansı tapşırığı vermişdi?
- Yaxşı baş məşqçimiz var. O, hər futbolçuya ürək-dirək verir. Oyundan öncə bizə demişdi ki, Azərbaycan yığması Xorvatiyadan zəif deyil. Mənə isə meydana çıxarkən hansı mövqedə oynamalı olduğumu tapşırdı. Mən də elə etdim.

- Bəs oyundan sonra nə dedi?
- Mənə də təşəkkür etdi. Yəqin ki, pis oynamamışdım. Komanda da yaxşı çıxış etdi.

- Xorvatiya ilə oyunun nəticəsi Malta ilə görüşə nə dərəcədə təsir göstərəcək?
- Allah eləsin ki, ancaq müsbət təsiri olsun. Komandamız artıq üç oyundur ki, uduzmur. Üstəlik, qapımızdan qol da buraxmırıq. Fikrimcə, belə oyun və motivasiya ilə Maltaya qalib gələ bilərik.

- Rövnəq Abdullayev oyundan sonra nə dedi?
- Bizi təbrik etdi. Onu da dedi ki, Osiyekdəki məğlubiyyətin əvəzini çıxa bilməsək də, bu heç-heçəyə görə sevinclidir.

- Mükafatın məbləğini söylədi?
- Xeyr. Bizi hələ Malta ilə oyun gözləyir. Belə qısa müddətdə heç kimə mükafat verilmir. Sonra necə olacağını bilmirəm. Bizim işimiz futbol oynamaqdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.