6 sentyabr 2015 15:40
Zak Muskat: Azərbaycanla oyunda doğru yolda olduğumuzu göstərəcəyik
Malta yığmasının müdafiəçisi Zak Muskat AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"İtaliyaya qarşı yaxşı oynadıq. Amma məğlub olduğumuz oyundan sonra sevinə bilmərik. Dünya səviyyəli komandaya qarşı oynamaq ağırdır. Lakin yaxşı çıxış etdiyimizi düşünürəm. Taktiki nizam-intizam baxımından bizdə irəliləyiş var. Çünki müdafiədə daha yaxşı oynayırıq, topu hara gəldi vurmuruq. Doğru yolda olduğumuzu düşünürəm. Fikrimcə, Azərbaycanla oyunda da bunu göstərə biləcəyik".
