6 sentyabr 2015 15:00
Bədavi Hüseynov: Malta ilə oyuna yorğun çıxacağıq
Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Malta ilə oyuna yorğun halda çıxacağıq. Çünki Xorvatiyaya qarşı keçirdiyimiz son oyunda çox güc itirmişik. Amma buna baxmayaraq, bu dəfə də uğurlu çıxış etməyə çalışacağıq".
