5 sentyabr 2015 11:29
Millimizin sabiq futbolçusu Neftçi ilə müqavilə imzaladı
Azərbaycan yığmasının sabiq futbolçusu Zeynal Zeynalov futzal üzrə ölkə çempionatında çıxış edəcək. Azerisport.az xəbər verir ki, o, "Neftçi" ilə müqavilə imzalayıb.
Qeyd edək ki, futzal üzrə Azərbaycan yığmasının da şərəfini qorumuş Zeynalov son dövrlər çimərlik futbolu üzrə millimizdə çıxış edirdi.
